Türk dünyası gənc yazarları Bakıda gorüşdü
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Türk dünyası gənc yazarlarının Lənkəran toplantısı" adlı layihə çərçivəsində Türk dünyasından Azərbaycana gəlmiş yazarların iştirakı ilə Bakı şəhərində tədbir keçirilib. Tədbiri Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı açaraq qonaqları salamlayıb. Tədbirin baş tutmasını əlamətdar hadisə adlandırıb.
Türk dünyasının müxtəlif nöqtələrindən Azərbaycana gəlmiş yazarlar Türkiyə Respublikasının təmsilçisi Ənvər Aykol, Özbəkistan Respublikasının təmsilçiləri Suhrab Ziya, Mohira Eşpoladova, Çuvaşıstan Respublikası təmsilçisi Natalya Gerasimova, Azərbaycan Respublikasından olan yazarlar Yusif Nazim, Ayşən Rəhim, Həsən Kür, Rizvan Fikrətoğlu, Aytən Qurbanova və başqaları çıxış edərək layihənin önəmindən, qardaş xalqlar arasında ədəbi əlaqələrin inkişafında vacibliyindən bəhs ediblər.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi