#موسیقی_سنتی_آذری#ها_لیلی#حافظ#Mahtab_Demir#Ya_Nedir_Allah#مهتاب_دمیربه زبان ترکی
❤️❤️✅المنة لله که در
میکده باز است
زان رو که مرا بر
در او روی نیاز است
🌿🍂🌿🍂🌿🍂🌿🍂🌿🍂🌿🍂Velhasıl uzun sözlere hiç gerek yok
Dil hicâbından lâl olmalı seni anarken
| Bahattin Karakoç
İdrakda yol açmış gecədən gündüzə
Allah,
Güldürməsən öz könlünü, gülməz üzə
Allah.
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,
Qəlbin gözü yanmazsa, görünməz gözə
Allah.
Allah! Bilirik cisim deyil, bəs nədir
Allah?
Ən yüksək olan haqda, həqiqətdədir
Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et bu, təəccübdə, bu heyrətdədir
Allah.
Bildik, bilirik, gizlidir insandakı qüdrət,
Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir
Allah.
Gerçək də budur: gizlidir hər zərrədə vəhdət.
Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.
Gördüklərimiz zahirdir, bətnə nüfuz et!
Bətndəki, cövhərdəki fitrətdədir
Allah.
Fitrət də yatır sözdə, sözün öz yükü fikrim.
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir
Allah.
İnsan! Təpədən dırnağa sən arzu, diləksən,
Nəfsində doyumsuz, fəqət eşqində mələksən.
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir
Allah.
Cahil enər alçaqlığa, öz qəlbinə yenməz,
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz.
Zülmətdə, cəhalətdə, ədavətdə o görünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir
Allah.
1984, ve bu şiir şairin "Fəryad" pyesindendir
Bəxtiyar Vahabzadə (Bahtiyar Vahabzade)
@sazochakameoketab 🌿🍂🌿🍂🌿🍂🌿🍂🌿🍂🌿🍂🌿🍂