Gündəliyimdəm bir hissə. Gündəliyim, günlük tapşırıqlarım təbii ki Talış dilindədir. Gündəliyimdə çox vaxt özümlə dialoq qururam, yaxud özümlə gün ərzində qurduğum dialoqlardan vacib hissələri gündəliyimə köçürürəm. İnsanın özü ilə söhbətləşməsi olduqca vacib prosesdir və çox gözəl təcrübədir. Üstəlik bu dialoqun Talış dilində olması onu daha unikal edir və insanın vizionunu genişləndirir.
Bu hissədə dərhal həzz almağa can atan mənlik ilə (instinktiv mən) uzunmüddətli həzz üçün narahat olan mənlik (ağıllı mən) arasında ortaq məxrəcə gəlməkdən söhbət gedir. Amma bu dəfə ağıllı mən instinktiv mənlə döyüşmür. Onu anlayır, hətta onu dəstəkləyir.