🇦🇿🇦🇲 Ermənistan hakimiyyətinin Bakının təzyiqi ilə Konstitusiyaya dəyişiklik edəcəyi ehtimalı yüksəkdir.
Avrasiya.net xəbər verir ki, bunu rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert,
#PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri
Vitali ARKOV deyib:
«Nəzərə alsaq ki, Bakı həqiqətən də son illər öz məqsədlərinə ardıcıl şəkildə nail ola bilib. Bura İkinci
#Qarabağ müharibəsi nəticəsində ərazilərin qaytarılması, bunun nəticəsində imzalanmış üçtərəfli bəyannamə də daxildir. Bu və ƏLIYEVIN öz taktikası ilə ötən ilin sentyabrında
#Ermənistan qoşunlarının və silahlı birləşmələrinin Qarabağdan çıxarılması, qondarma separatçıların özünü buraxmasına nail olması faktdır. Görək Ermənistanın Konstitusiyasında, gerbində, himnində dəyişikliklərlə bağlı vəziyyət necə inkişaf edəcək.
Nikol PAŞINYAN sözünün sahibi deyil. Amma ƏLIYEVIN məqsədlərinə çatmağa imkan verən rıçaqları var. Qalib ölkə sakitləşə bilərdi, amma
İlham ƏLIYEV müdrik, əməli rəhbər kimi başa düşür ki, rahatlaşmaq mümkün deyil, Qarabağın qaytarılması ilə bağlı bütün prosesi sona qədər və hüquqi çərçivədə başa çatdırmaq lazımdır».