Смотреть в Telegram
Sen Gelmez Oldun
Nasiba Abdullaeva
SƏN GƏLMƏZ OLDUN Deyirdin baharda görüşərik biz, Bahar gəldi,getdi,sən gəlməz oldun. Daşlaramı dəydi sındı əhdimiz, Aylar gəldi,getdi sən gəlməz oldun. Deyirdin qapına qonaram quş tək, Quşlar cəh-cəh vurdu, sən gəlməz oldun, Yaşamaq eşqiylə vəcdə gələrək Quşlar yuva qurdu, sən gəlməz oldun. Dedin nəğmələrlə dönərəm geri, Min nəğmə ucaldı, sən gəlməz oldun. Tükəndi ömrümün bahar günləri, Könlüm sənsiz qaldı, sən gəlməz oldun. Dərdimi ahəstə çaldım, sevgilim, Susdular çaylar da sən gəlməz oldun. Axı necə deyim,heç gəlmir dilim, De bəs qaldın harda sən gəlməz oldun? Sən dönük deyildin, dönük deyilsən, Yəqin...eh nə deyim, sən gəlməz oldun. Dözümlü olsam da,darıxır hərdən, Ovunmur ürəyim-sən gəlməz oldun. Fəqət inanıram, bir gün olacaq Mən deməyəcəm sən gəlməz oldun, Qəmim o həsrətli gündə qalacaq. Kim deyir sən xəyal,ya bir səs oldun. Gün gələr demərəm sən gəlməz oldun... Bəstəkar: Ələkbər Tağıyev Şairə: Mədinə Gülgün. @Ozarbayjon_tili
Love Center - Dating, Friends & Matches, NY, LA, Dubai, Global
Love Center - Dating, Friends & Matches, NY, LA, Dubai, Global
Бот для знакомств