AzerbaijanMFA

Канал
Логотип телеграм канала AzerbaijanMFA
@AzerbaijanMFAПродвигать
96
подписчиков
573
фото
12
видео
209
ссылок
Official Telegram channel of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan
The account of the user that owns this channel has been inactive for the last 5 months. If it remains inactive in the next 8 days, that account will self-destruct and this channel may no longer have an owner.
The account of the user that owns this channel has been inactive for the last 5 months. If it remains inactive in the next 17 days, that account will self-destruct and this channel may no longer have an owner.
The account of the user that owns this channel has been inactive for the last 5 months. If it remains inactive in the next 27 days, that account will self-destruct and this channel may no longer have an owner.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Nazir Ceyhun Bayramov #Azərbaycan/a rəsmi səfəri çərçivəsində #Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunu salamlayır

🇦🇿🇹🇷

FM of #Azerbaijan Jeyhun Bayramov welcoming Minister of Foreign Affairs of #Türkiye Mevlüt Çavuşoğlu within his official visit to Azerbaijan
📢Ukraynadakı vəziyyət ilə əlaqədar, Azərbaycanlıların həmsərhəd ölkələrdən təxliyəsi davam edir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və aidiyyəti diplomatik nümayəndəliklərin Ukraynadakı vəziyyətlə əlaqədar fəaliyyət göstərən qaynar xətləri barədə məlumat

🔗https://www.mfa.gov.az/az/news/no07621
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanatı

🔗https://mfa.gov.az/az/news/no06722
---
Statement of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan on the occasion of the 30th anniversary of the Khojaly genocide

🔗https://mfa.gov.az/en/news/no06722
30 years passed from the #Genocide in #Khojaly town of #Azerbaijan perpetrated by the armed forces of #Armenia. Those responsible for this brutal genocide must be brought to #justice.

We demand #JusticeForKhojaly!

#KhojalyGenocide
#Khojaly30
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, səfərdə olan Azərbaycan vətəndaşlarına müraciəti

Moldova Respublikası və Polşa Respublikasından sonra Slovakiya Respublikası da yaranmış vəziyyətlə əlqədar Ukraynanı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarını qəbul edəcək.

Ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı qaydada Ukrayna ərazisini tərk edərək Slovakiya Respublikasına gedə bilər:
- Azərbaycan Respublikası vətəndaşlarının iki ölkə arasındakı Ujqorod, Malyi Selmentsi və Malyi Bereznyi (Pavlove, Çop dəmir yolu keçidləri hesab olunur) sərhəd-keçid məntəqələri vasitəsilə Slovakiya Respublikasına daxil olmaları mümkündür.
- Slovakiya tərəfi şəxslərin Ukrayna Respublikası ərazisini münaqişə səbəbindən tərk edilməsini nəzərə alaraq, onlardan viza tələbinə riayət olunmasını mütləq şəkildə tələb etmir. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport) təqdim etməlidir.
- Slovakiya tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.

Ukraynadakı vəziyyət ilə əlaqədar və vətəndaşların təxliyə olunması üçün Slovakiya Respublikasının aşağıdakı rəsmi qurumları ilə əlaqə saxlanıla bilər:

· Slovakiya Respublikasının Daxili İşlər Nazirliyi
Email: [email protected]

Telefon: +4212961050730, +421905607843

· Slovakiya Respublikasının Xarici və Avropa Məsələləri Nazirliyi
Email: [email protected]

Telefon: +421259783080, +421918660332

Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Avstriya Respublikasındakı, Slovakiya Respublikasındakı və Sloveniya Respublikasındakı Səfirliyi ilə +43 676 844 509 733 nömrələri ilə və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.

Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan Respublikasının vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edir.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən bildiriləcəkdir.

https://www.mfa.gov.az/az/news/no06622
Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, səfərdə olan Azərbaycan vətəndaşlarının nəzərinə!

Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan Respublikasının vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edir.

Ukraynanın hava məkanı bağlı olduğundan hazırda vətəndaşlarımız həmin ölkəni hava nəqliyyatı vasitəsilə tərk edə bilmir.

Ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı istiqamətlər üzrə qeyd olunan qaydada Ukrayna ərazisini tərk edə bilər:

- Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla Moldova Respublikasının ərazisinə keçə bilər.
Moldova tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini tələb etməyəcək.

Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi ilə +373 781 81 361, +373 789 91 849, +373 222 32 277 nömrələri ilə və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.

- Ukraynanın Polşa ilə olan Dorohusk-Jagodzin, Dolhobyczow-Uhrynow, Zosin-Ustyluh, Hrebenne-Rawa Ruska, Korczowa-Krakowiec, Medyka-Szeginie, Budomierz-Hruszew, Kroscienko-Smolnoca sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla Polşa Respublikasının ərazisinə keçə bilər.
Sərhəd-keçid məntəqələri fasiləsiz çalışır və şəxslərin qəbulu ilə bağlı Polşa Hökumətinin +48 47 721 75 75 qaynar xətti ilə əlaqə saxlamaq olar.

Polşa tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini tələb etməyəcək.

Polşa tərəfinə etibarlı pasport və ya qayıdış şəhadətnaməsi ilə keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından viza tələb olunmayacaqdır, lakin həmin şəxslər Polşa ərazisində 15 gündən artıq qala bilməzlər.

Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi ilə +48 576 900 183, +48 22 718 30 70 nömrələri ilə və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən bildiriləcəkdir.

https://www.mfa.gov.az/az/news/no06322
📢 Soon

⬇️⬇️⬇️

Live Stream of the Conference dedicated to the 30th anniversary of #KhojalyGenocide on YouTube, Instagram & Facebook page of @AzerbaijanMFA.

Live: youtu.be/UZIkk6m4B3A
fb.watch/bodVrnYCct/
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müraciəti

https://www.mfa.gov.az/az/news/no05922
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi ilə telefon danışığına dair məlumatı

🔗https://mfa.gov.az/az/news/no02322
---
Information of the Press Service Department of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan on the telephone conversation of Minister Jeyhun Bayramov with the Minister of Foreign Affairs of the Islamic Republic of Pakistan Makhdoom Shah Mahmood Qureshi

🔗https://mfa.gov.az/en/news/no02322
Xarici İşlər Nazirliyinin rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib. #20Yanvar 1990-cı il Şəhidlərimizin xatirəsini dərin hörmətlə anırıq.

Azerbaijan MFA staff visited the Alley of Martyrs. We pay tribute to the dearest memory of all the Martyrs of #20January 1990.
Ещё