AzerbaijanMFA

Channel
Logo of the Telegram channel AzerbaijanMFA
@AzerbaijanMFAPromote
96
subscribers
573
photos
12
videos
209
links
Official Telegram channel of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan
To first message
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşünə dair məlumatı

🔗https://mfa.gov.az/az/news/no52721
---
Information of the Press Service Department of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan on the meeting of Minister Jeyhun Bayramov with the newly appointed Ambassador Extraordinary and Plenipotentiary of the People's Democratic Republic of Algeria to our country

🔗https://mfa.gov.az/en/news/no52721
📢 Nazir Ceyhun Bayramovun Azərbaycan Respublikasının xarici siyasət sahəsində ilin yekunlarına dair mətbuat konfransı keçirilir

Final press conference of 🇦🇿 FM Jeyhun Bayramov on Azerbaijan's foreign policy

Canlı/Live: https://www.instagram.com/azerbaijanmfa/live/18007347733372835
Today marks the 60th Birthday Anniversary of the President of the Republic of #Azerbaijan, H.E. Mr. Ilham Aliyev!
Happy Birthday, Mr. President!
Proud to have You! 🇦🇿

#MüzəffərAliBaşKomandan
#IlhamAliyev
#MyPresident
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Fransanın İl-dö-Frans regionunun prezidenti, ölkə prezidentliyinə namizəd Valeri Pekrezin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə dair məlumatı
-
2021-ci ilin 22 dekabr tarixində Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasının namizədi Valeri Pekrez Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib.

Seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halıdır.

Bununla əlaqədar, Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

Xarici İşlər Nazirliyi qanunsuz səfər ilə bağlı Fransa Səfirliyinə qəti etirazını bildirib və Azərbaycan Respublikasının müvafiq qanunlarının tələblərini ciddi şəkildə pozan sözügedən Fransa vətəndaşlarının milli qanunvericiliyimizə uyğun olaraq məsuliyyət daşıdığını xatırladıb.

Fransadan olan bir qrup siyasətçinin bu addımının Azərbaycan-Fransa ikitərəfli əlaqələrinə ziyan vurduğu, eyni zamanda Fransanın regionda nüfuzuna və münaqişənin başa çatmasından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynaya biləcəyi rola ciddi xələl gətirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan ərazilərinə qanunsuz səfər edən Fransa vətəndaşlarının adları ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib.

🔗https://mfa.gov.az/az/news/no52421
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri ilə görüşünə dair məlumatı

-

23 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri xanım Bisera Turkoviç ilə görüşüb.
 
Görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin gələcək perspektivləri və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər, Azərbaycan və Bosniya və Herseqovina arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin göstərilicəyinə əminlik ifadə ediblər.

Nazir Ceyhun Bayramov qonağı salamlayaraq, Azərbaycan ilə Bosniya və Herseqovina arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib. Ölkələrimizin bir-birlərinin suverenliyinə və ərazi bütövlüklərinə verdikləri davamlı dəstəyin beynəlxalq hüququn təməl prinsiplərinə hörmət yanaşması ilə birgə əlaqələrimizin təməlində dayandığı xüsusilə qeyd olunub. Azərbaycanın Bosniya və Herseqovina ilə qarşılıqlı maraqlara əsaslanan və hər iki ölkəyə fayda gətirəcək bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu səsləndirilib.

Nazir Bisera Turkoviç səfərindən məmnunluq ifadə edərək, Azərbaycan Respublikasının Prezidenti ilə keçirilən görüşə məmnunluqla istinad edib. Nazir, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu və hər iki ölkədə səfirliklərin fəaliyyətə başlaması ilə bağlı əməli addımlar atılmağa başlayanda əlaqələrin inkişafına müsbət təkan verəcəyini bildirib.

Görüş zamanı iki ölkə arasında siyasi dialoqun daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin və XİN-lərarası siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər Azərbaycan və Bosniya və Herseqovina arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər, həmçinin enerji, kənd təsərrüfatı, turizm, təhsil, humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün əlverişli imkanların olduğunu bildiriblər.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, o cümlədən müharibə sonrası yeni reallıqlar, azad edilmiş ərazilərdəki vəziyyət, mina təhlükəsi, habelə bu torpaqlarda həyata keçirilən bərpa və yenidənqurma prosesi barədə məlumat verib.

Qarşı tərəf COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın ölkəsinə göstərdiyi yardıma görə təşəkkürünü ifadə edib. Həmçinin Heydər Əliyev Fondu tərəfindən Bosniya və Herseqovinada həyata keçirilən humanitar layihələrin əhəmiyyətini vurğulayıb.

Görüşdə tərəflər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

🔗 https://mfa.gov.az/az/news/no52321
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov & Bosniya və Herseqovina xarici işlər naziri xanım Bisera Turkoviçin birgə mətbuat konfransı.

Canlı: https://www.instagram.com/azerbaijanmfa/live/17952477796594740
Azərbaycan 🇦🇿 & Bosniya və Herseqovina 🇧🇦 xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş başladı.

Bilateral meeting between FMs of #Azerbaijan 🇦🇿 and #BosniaandHerzegovina 🇧🇦 with participation of delegations from both sides has started.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Nazir Ceyhun Bayramov #Azərbaycan/a rəsmi səfəri çərçivəsində #BosniyavəHerseqovina xarici işlər naziri xanım Bisera Turkoviçi salamlayır.

🇦🇿🇧🇦

Minister of Foreign Affairs of the Republic of #Azerbaijan Jeyhun Bayramov is welcoming the Minister of Foreign Affairs of Bosnia and Herzegovina Bisera Turković within her official visit to Azerbaijan.
📢 Diqqət, diqqət!

23 dekabr, 10:00-dan Xarici İşlər Nazirliyinə qəbul üzrə yazılı imtahanda iştirak üçün onlayn qeydiyyat başlayır.

Qeydiyyat 12 yanvar 2022-ci il tarixində başa çatır.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşünə dair məlumatı

🔗https://mfa.gov.az/az/news/no52121
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşünə dair məlumatı

🔗https://mfa.gov.az/az/news/no52121
More